Novruz gəlir,yaz gəlir.

Məktəbin tədbir planına əsasən 18.03.16 – cı il tarixdə məktəbimizin akt zalında ” Novruz gəlir,yaz gəlir” adlı möhtəşəm tədbir keçirildi. Zal milli adət ənənələrə əsasən bəzədilmiş, rəngarəng xalılar salınmış, hər tərəfə səmənilər, şamlar düzülmüşdür. Bəzədilmiş xonçalarda bütün Novruz atributları var idi.“Cəngi “ sədaları ilə milli geyimdə səhnəyə gələn şagirdlər əvvəl baharın gəlişi və adət -ənənələri haqqında məlumat verdilər,yaz və Novruz bayramına aid şeirlər dedilər. Sonra qızlar milli geyimdə rəqs etdilər,səhnəciklər göstərdilər.Novruzun gəlişindən xəbər verən çərşənbələr haqqında məlumat verən şagirdlərimizin hər biri aid olduğu çərşənbələrin rənglərini əks etdirən milli geyimlərdə idilər.Onların çıxışı zamanı çərşənbələr haqqında video roliklər nümayiş etdirildi.Novruzun maraqlı adət ənənələrindən biri olan yumurta döyüşü də qonaqları heyran etdi . Qonaqlara rəngarəng yumurtalar paylandı və onlar yumurta döyüşdürərək tədbirə daha da rəng qatdılar.Sonda Novruzun əsas bəzəyi olan kosa və keçəl səhnəyə çıxdı.Geyimləri ilə gülüş doğuran kosa və keçəlin duzlu-məzəli çıxışları tədbiri daha da şənləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi