İmtahan öncəsi stresin aradan qaldırılması

      May 30-da IX sinif şagirdlərini ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına psixoloji cəhətdən hazırlamaq məqsədi ilə təlim keçirildi. Tərbiyə işləri üzrə direktor müavini və məktəb psixoloqu S. İsmayılova tərəfindən aparılan təlimdə imtahan öncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək məqsədi ilə bir sıra məsləhətlər verildi.

     Şagirdlərlə stresin və həyəcanın dəf olunması və onlarda özgüvənin (özünə inamın) artırılması yönümündən söhbət aparıldı, şagirdin qidası, stressi aradan qaldırmaq gimnastikası və digər məsələlər müzakirə olundu.

.Stress, qayğılar, depressiya, yorğunluğun aradan qaldırılması üçün keçirilən təlim şagirdlərdə imtahanqabağı bir motivasiya oldu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi