Gələcəyin əsgərlərini formalaşdıran GCQH dərsi

        Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə inam hissini gücləndirir. Şagirdlərimizin vətənpərvər böyüməsində GCQH dərsinin böyük əhəmiyyəti vardır. Məktəbimizdə  hərbi kabinet yüksək səviyyədə tərtib olunub, hərbi vətənpərvərlik guşələri " Gənclərin çağırışaqədərki hazırlığı " fənnin uğurlu tədrisinə müsbət təsir göstərir. Ölkəmiz müharibə şəraitində yaşadığından gənclərin hərbi xidmətə yüksək səviyyədə hazırlanması üçün tez-tez hərbi-idman oyunları keçirilir.

       Dərslərdə şagirdlər təkcə silahdan istifadə qaydalarını, hərbi bilikləri öyrənmir, eyni zamanda Vətənə bağlı­lıq hisslərini artırırlar, onu müdafiə etmək borcunu öz üzərlərinə götürürlər, vətənin müdafiəsinə psixoloji cəhətdən hazırlanırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi