XQE olan şagirdlərin rəsm sərgisi keçirildi

       2004-2005-ci tədris ilindən məktəb liseydə inklüziv təhsil layihəsi həyata keçirilməyə başlamışdır. Hazırda sağlamlıq imkanları məhdud 8 uşaq layihəyə cəlb olunub.  İnklüziv təhsil ənənəvi təhsildən fərqli olaraq xüsusi yanaşma tələb etdiyi üçün müəllimlər və müəllim köməkçiləri uşaqların fərdi bacarıq və qabliyyətlərini nəzərə alaraq öz iş proqramların qururlar. XQE olan uşaqların normal təhsil almaları üçün əlavə məşğələ otağı da ayrılıb. Sağlamlıq imkanları məhdud olan uşaqlar arasında mehriban ünsiyyət, sağlam psixoloji mühit yaratmaq məqsədi ilə mütəmadi olaraq həmin siniflərdə təhsil alan şagirdlərlə “ Onlar bizlərdən biridir! ” mövzusunda maarifləndirici söhbətlər aparılır, uşaqlar arasında sorğu keçirilır. Şagirdlərin verdikləri cavablarda, onların ünsiyyətindən aydın olur ki, XQE olan uşaqlara daha çox qayğı göstərirlər, onlara kömək edirlər, dostluq yaradırlar.

      Mayın 30-da inkluziv təhsilə cəlb olunan 9-cu sinif şagirdləri Məmmədov Cəsur və Qocalı Cabirin rəsmlərində ibarət sərgi təşkil olundu.  Şagirdlərimizin yağlı boya və qrafika janrında çəkdiyikləri kompozisiya, təbiət mövzuları və natürmortlar çox rəngarəng idi. Bütün bunlar dünyaya rənglərin dili ilə fikirlərini çatdıran şagirdlərin sənət dünyasından xəbər verirdi.

     Sərgidə iştirak edən valideynlər, şagirdlər və məktəb rəhbərliyi gənc rəssamların əsərlərini yüksək qiymətləndirdilər, onlara yeni-yeni uğurlar arzuladılar.

     Məktəb liseyin direktoru A.Bayramova  çıxışında vurğuladı ki, bu sərginin təşkil etməkdə məqsədimiz  şagirdlərimizin cəmiyyətdə öz layiqli yerini tapmağa təşviq etməkdir. Söylədi ki, şagirdlərimizin fərdi bacarığını üzə çıxarıb, onların gələcəkdə sevdikləri peşəyə yiyələnmələrində yardımçı olmağımız bizim üçün qürurvericidir.

      Sonra şagirdlər məktəb liseydə keçirilən rəsm sərgilərində uğurla iştiraklarına görə diplomla təltif olundular.

      Sərgidə iştirak edən Cabir və Cəsusun valideynlər övladlarına bu sevinci yaşatdıqları üçün məktəb rəhbərliyinə və müəllimlərə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi