Valideynin məktəbdə bir günü

         Mayın 30-da " Valideynin məktəbdə bir günü" adlı layihə çərçivəsində görüş keçirildi. Məktəb liseyin direktoru A.Bayramova çıxışında valideynlərə məktəbin tarixi haqqında məlumat verdi, onlara məktəbin fəaliyyəti, tədris prosesi haqqında danışdı. “ Valideynin məktəbdə bir günü” layihəsi haqqında məlumat verən direktor bu layihənin davamlı xarakter daşıdığını söylədi.

      Sonra valideynlər qruplara bölünərək qrup rəhbərlərinin müşayəti ilə məktəbin kitabxanası, tibb otağı, yeməkxana, fənn kabinetləri, idman zalı, fənn labarotoriyaları, ” Sağlam təhsil ” sinfi, hərbi otaq və psixoloji xidmət otağı ilə yaxından tanış oldular.

        Məktəbin foyesində  inklüziv təhsilə cəlb olunan 9-cu sinif şagirdləri Məmmədov Cəsur və  Qocalı Cabirin əl işlərindən ibarət sərgiyə baxdılar. Rəsmlərin dili ilə dünyaya öz sözlərini çatdıran şagirdlərimizin əl işləri hər kəsi heyrətləndirdi.

     Tədbirin proqramına uyğun olaraq valideynlər tədris prosesini izləmək üçün dərsləri müşahidə etdilər.

     Sonra valideynlər üçün seminar təşkil olundu. Seminarda Tərbiyə işləri üzrə direktor müavini F. Əliyeva " Məktəb- şagird - valideyn üçbucağı " mövzusunda çıxış etdi. Valideynləri təşəbbüskar və daha fəal olmağa səslədi, müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verdi. Valideynləri maraqlandıran suallar cavablandırıldı. 
     Sonda istedadı ilə seçilən şagirdlərin hazırladığı bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi