İsmayıl Şıxlı -100

         Mayın 27-də Azərbaycanın xalq yazıçısı, publisist, pedaqoq, ədəbiyyatşünas İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti ilə məktəb kitabxanasında ədibin bədii əsərlərinin oxusu və müzakirəsi təşkil olundu. Müzakirələrdə iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi M. Məmmədova şagirdlərə İsmayıl Şıxlının həyat yolu və fəaliyyətindən, zəngin ədəbi irsindən, əsərlərinin bədii-estetik xüsusiyyətlərindən məlumat verdi. Qeyd etdi ki, onun yaradacılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. “Cəbhə yolları”, “Dağlar səslənir”, “Ayrılan yollar” əsərləri bu gün də aktuallığını qoruyur. Söylədi ki, İsmayıl Şıxlının əsərləri və ssenariləri əsasında “Dəli Kür”, “Kürə qarışan ömür”, “Bizim qəribə taleyimiz” və başqa filmlər çəkilmişdir.

 Daha sonra şagirdlər İsmayıl Şıxlının sevilən əsərlərindən seçmələr səsləndirdilər. Həmin əsərlərdəki obrazları təhlil edib, mövzu ətrafında geniş müzakirələr apardılar.

     “Yazıçı, ədəbiyyatşünas, publisist İsmayıl Şixlı-100“  adlı kitab sərgisinə baxış keçirildi və ədibin əsərlərini  mütaliə etmək üçün şagirdlər kitablardan götürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi