Şagirdlərin asudə vaxtlarının təşkili

      Yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, tariximizi, mədəniyyətimizi, zəngin mənəvi irsimizi öyrənmələri ümumi təhsilin əsas prioritet istiqamətidir. Bütün bunların şagirdlərə aşılanmasında və onların dünyagörüşünün formalaşdırılmasında ekskursiyalar da böyük əhəmiyyət kəsb edir. Məktəbdə sinif rəhbərləri tərəfindən təşkil edilən ekskursiyalarda şagirdlər görkəmli şəxsiyyətlərin ev muzeylərində, tarixi abidələrin olduğu yerlərdə, sərgilərdə, şəhərin görməli yerlərində oldular, ətraflı məlumatlar əldə etdilər. Şəhərə ekskursiya  zamanı şagirdlər Bakının keçmişinə nəzər salıb, onu müasir şəhərlə müqayisə etdilər və onun necə inkişaf etdiyini gördülər.           

    Ecazkar təbiət və tarixi abidələr şagirdlərdə xoş təəssürat yaratdı. Böyük maraqla qarşılanan ekskursiya zamanı onlar xüsusi fəallıq göstərdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi