“Cümhuriyyət-101”

Həftə ərzində sinif təşkilat saatlarında XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün tarixin misilsiz hədiyyəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması qeyd olundu. Şagirdlərə Cümhuriyyətin yaradılmasında və fəaliyyətində əvəzsiz xidmətləri olan böyük tarixi şəxsiyyətlər haqqında geniş və ətraflı məlumatlar verildi, mövzu ilə bağlı videoçarxlar nümayiş olundu. Şagirdlərin araşdırmaları əsasında hazırladıqları təqdimatlar dinlənildi. Şagirdlər təqdimatlarında Ulu öndər Heydər Əliyevin “Biz Azərbaycan Xalq Cumhuriyyətinin siyasi və sədaqətli varisləriyik” – fikrini önə çəkərək Cumhuriyyətin qısa fəaliyyəti dövründə yarımçıq qalmış işlərinin Müstəqil Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi qeyd etdilər. Azərbaycan Xalq Cumhuriyyətinin Müstəqillik yolunda şərəflə addımlayan dövlətimizin fəaliyyətini əks etdirən videogörüntüləri nümayiş etdirdilər.

      Şagirdlərimiz sinif otaqlarında və məktəbin foyesində həvəslə“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublikadır” adlı guşə  hazırladılar.

     Tarix müəllimlərinin təşkilatçılığı ilə “Cümhuriyyət-101” devizi ilə viktorina keçirildi. 8-ci siniflərin iştirakı ilə keçirilən viktorinada şagirdlər XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün tarixin misilsiz hədiyyəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında geniş və ətraflı məlumatlar verdilər.

     Sonra “Babək”, ”Cavanşir”, ”Nadir Şah”, ”Cavadxan” komandaları arasında sağlam rəqabət şəraitində gərgin və maraqlı oyun başladı. Yarışda “Babək” və “Nadir Şah”komandaları fəallıq nümayiş etdirərək eyni balla qiymətləndirildiyi üçün I yerə,n”Cavanşir” komandası isə II yerə layiq görüldülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi