“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyayası

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdlərinin bölgələrimizlə tanışlıq məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın növbəti mərhələsinə start verilib. Fərəhləndirici haldır ki, yaz tətili ərəfəsində nəzərdə tutulmuş layihə çərçivəsində Naxçıvan marşrutu üzrə maarifləndirici tur-aksiyaya məktəbimizin dərs əlaçısı- Namazov İsmayıl da qoşuldu. Səfər proqramı çərçivəsində məktəblilər Azərbaycanın qədim diyarı olan Naxçıvanın tarixi, bu günü, inkişafı haqqında zəngin məlumatlar alacaq, Naxçıvan şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edəcək, Heydər Əliyev Muzeyi, Dövlət Xalça Muzeyi, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi ilə tanış olacaqlar. “Bu layihə həqiqətən də biz gənclər üçün çox mühüm əhəmiyyət kəsb edir. Buna görə Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Naxçıvanın tarixi-mədəni abidələri ilə tanış olub fərqli gözəlliklər görəcəyim üçün çox sevincliyəm” söyləyən şagirdimiz Namazov İsmayıl bu gün bir qrup məktəblilərlə əsl bayram əhval ruhiyyəsi ilə Naxçıvan Muxtar Respublikasına yola salındı,onlara mənalı istirahət,zəngin təəssürat arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi