İlaxır çərşənbəsi qeyd olundu

Məktəbin fəaliyyət planına uyğun olaraq İlaxır çərşənbəsi 1-ci dərslərdə bayram abu-havası ilə qeyd olundu. Şagirdlər sevinc və həyəcanla şənliklər keçirir, elimizə-obamıza qədəm qoyan Novruzu xoş qarşılayırdılar. Siniflər qədimi və milli atributlarımızla bəzədildi- səmənilər qoyuldu, xonçalar hazırlandı. Milli ruhda bəzədilmiş siniflərdə al- əlvan geyinmiş şagirdlərin əllərindəki səməni, nərgiz gülü baharın gəlişindən xəbər verirdi. Şagirdlər Novruz bayramının tarixindən, su, od, yel, torpaq çərşənbələri ilə bağlı adət-ənənələrdən, mərasimlərdən söz açdılar, qrup işlərində bolluq,bərəkət,sülh,sevinc,yeni gözəl günlərin rəmzi olan yazın gəlişinin əsl mahiyyətini bütün çalarları ilə təqdim etdilər,Novruzla bağlı mahnılar, rəqslər,şeirlər ifa etdilər ,nənə və babaladan eşitdikləri xalq inanclarını, deyimlərini söylədilər. Şagirdlərin “Fincan-fincan”, “Kos-kosa” və digər bu kimi Novruzla bağlı səhnəcikləri dərslərə xoş abu-hava bəxş etdi. Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları, rəqsləri ilə şagirdlərdə yazla qışın görüşü təəssuratını yaratdılar .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi