Nəzəriyyədən təcrübəyə

    Təhsilin keyfiyyət mexanizmini təkmilləşdirmək, təhsilin səmərəliliyini artırmaq məqsədi ilə keçirilən dərslərin daha  möhkəm mənimsənilməsi ümumi təhsilin əsas prioritet fəaliyyət istiqamətidir. Kimya dərslərində şagirdlərin nəzəri biliklərinin praktik təcrübədə tətbiqetmə bacarıqlarına xidmət edən laboratoriya məşğələləri mövzunun mənimsənilməsini daha da möhkəmləndirir. Dərslərdə praktik işlər müəllimin təlimatı ilə aparılır müəllim əvvəlcə görüləcək praktik iş haqqında ətraflı izahat verir, sonra şagirdlər əməli işi müstəqil yerinə yetirirlər. Fənn müəllimləri iş prosesinə nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb təhlil edilərək qiymətləndirilir.

    Təlim metodu seçilərkən bəzi meyarlar əsas götürülür. Müəllimlər pedaqoji ustalıqla dərsin məqsəd və vəzifələrinə, keçilən  mövzuya  və şagirdlərin dərketmə və hazırlıq səviyyəsinə uyğun optimal təlim metodu seçdiklərindən məqsədlərinə nail olurlar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi