Məktəbimizdə “Pi” günü qeyd olundu

14 martda dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) qeyd edilir. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. Gündəlik hesablamalarda kəmiyyətin sadələşdirilmiş yazılışından istifadə edilir, yəni — 3,14. Bu ifadəyə nəzər yetirsək, "Pi" kəmiyyətinin niyə məhz bu gün qeyd edilməsi dərhal aşkar olur. Bu münasibətlə bu gün -14.03.2016-cı il tarixdə məktəbimizdə “Pi” günü qeyd edildi.6,7,8-ci siniflərdə keçirilən “Pi” günündə şagirdlər “Pi” ədədi haqqında məlumat verdilər,hazırladıqları slaydları təqdim etdilər. Şagirdlər çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən” π” riyazi kəmiyyətini çəkdikləri rəsmlərdə,əl işlərində nümayiş etdirdilər. Görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edilən beynəlxalq “Pi” gününün keçirilməsində məqsəd bir daha riyaziyyat elmini şagirdlərə sevdirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi