Şagirdlərimiz Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunda oldular

         Mayın 18-də VII və VIII sinif şagirdləri biologiya fənn müəllimləri ilə birgə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda oldular. Səmimi qarşılanan şagirdlərimiz institutun inzibati-laboratoriya binası, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexində oldular. İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqları əyani gördülər. Əməkdaşlar söylədilər ki, bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir.

         Söylənildi ki, institutun ərazisində 30 hektar açıq sahədə, 6, 14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub. İnşa olunan kompleks  ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir.

        İnstitutun iş prosesi ilə yaxından tanış olan şagirdlərimiz bir daha əmin oldular ki, bu cür ixtisaslaşmış müəssisələrin yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət daşıyır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi