“Hər birimiz kitabxanaya bir kitab hədiyyə edək” aksiyası davam edir

      Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Dünya xalqlarının böyük tarixə malik zəngin, rəngarəng kitab mədəniyyəti xəzinəsində Azərbaycanın kitab sərvəti də özünəməxsus yer tutur. Elmin, mədəniyyətin, incəsənətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Şagirdlərdə kitablara maraq yaratmaq və onlarda mütaliə vərdişlərini formalaşdırmaq üçün “Hər birimiz kitabxanaya bir kitab hədiyyə edək” aksiyası davam edir. Mayın 17-də 2e sinif şagirdləri böyük həvəslə oxuduqları kitabları kitabxanaya hədiyyə etdilər. Kitabxanaçılar A. Alıyeva və N. Əbdüləzimova şagirdləri kitabxana fondunda olan kiçik məktəblilər üçün nəzərdə tutulmuş kitablarla tanış etdilər. Şagirdlərin  maraq dairəsini, yaş xüsusiyyətlərini əsas götürərək sadə, aydın dillə yazılmış nağıllar, kiçik şeirlər, hekayələr, illüstrasiyalı olan kitabları balacalara təqdim etdilər. Şagirdlər kitablar haqqında maraqlı məlumatlar əldə etdilər və mütaliə etmək üçün yeni kitablardan götürdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi