Siz hələ də mütaliə etmirsiniz?

       Mayın 14-də məktəb kitabxanaçıları A. Alıyeva və N. Əbdüləzimova Respublika Elmi Pedaqoji Kitabxanası və Bakı Şəhəri Təhsil İdarəsinin birgə əməkdaşlığı çərşivəsində ümumitəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin formalaşdırılmasına dair keçirilən "Siz hələ də mütaliə etmirsiniz?" layihəsini təqdim etdilər.

       Kitabxana müdiri A. Alıyeva valideynləri, şagirdləri və pedaqoji kollektivi salamladı və layihə haqqında ətraflı məlumat verdi. Sonra şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədi ilə məktəb kitabxansı olaraq görülən işlərdən danışdı və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi.

     10 f sinif şagirdi Əliyeva Nərminin “Kitabın həyatımızda rolu” haqqında məlumatları hər kəsin marağına səbəb oldu.

      Sonra iştirakçılar nağıllar aləminə səyahətə dəvət olundular. Akt zalında sirli nağıllar aləmi yaradan şagirdlər maraqlı kompozisiyalar nümayiş etdirdilər. Şagirdlər nəfis tərtibatlı dekorasiyaların önündə dahi şəxsiyyətlərin obrazlarını canlandırdılar, müdrik kəlamlarını söylədilər, mütaliə etdikləri nağılları səhnələşdirdilər, mahnılar, rəqslər ifa etdilər. Bir-birindən maraqlı kompozisiyalar, hər bir personajın canlı çıxışı qonaqları valeh etdi.

 Tədbirdə ibtidai siniflər üzrə  “Ən fəal oxucu” adına layiq görülən şagirdlərin sevinci hədsiz idi.

      Sonra  layihənin məqsədinə  uyğun olaraq hazırlanmış “Sizin uşağınız üçün müasir uşaq ədəbiyyatı” adlı  bukletlər valideynlərə çatdırıldı. Bukletlərdən kişik yaşlı məktəblilər və onların valideynləri  müasir dövrdə nəşr edilən uşaq kitabları ilə tanış oldular və kitabları əldə etmək üçün uşaq kitabxanaları və kitab mağazalarının ünvanları və iş rejimi haqqında məlumatlar əldə etdilər.

      Layihənin həyata keçirilməsində yuxarı sinif şagirdləri də könüllü olaraq fəal iştirak edərək məktəb kitabxanaçıları ilə birgə bukletlər hazırladılar və valideynlərə təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi