15 May - Beynəlxalq Ailə Günüdür

        15 May -Beynəlxalq Ailə Günü  münasibəti ilə məktəb psixoloqu S. İsmayılova tərfindən III və IV siniflərdə  “Ailə dəyərlərimiz” mövzusunda söhbət aparıldı. Cəmiyyətimizdə ailə dəyərlərinin bütün dəyərlərdən daha önəmli olmasını xüsusi vurğuladı. Ailə dəyərlərində övladın əsas vəzifəsindən danışdı.

       Sonra balacalar öz ailələrinin tablosunu yaratdılar. Tabloda şagirdlər valideynlərinin yanında xoşbəxt böyümələrini təsvir etmişlər. Sonra balacalar ailə üzvlərinin ailədə mövqeyindən danışdılar və bu sevgilərini böyük həvəslə ag kağız üzərinə köçürdülər, al-əlvan rənglərlə bəzədilər və valideynlərinə ünvanladılar.

      Sonra məktəbin akt zalında valideynlərlə görüş keçirildi. Görüşdə Təşkilatı işlər üzrə direktor müavini F. Əliyeva və məktəb psixoloqu S. İsmayılova “ Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri ” haqqında məlumat verdi. Hər bir ailədə sağlam psixoloji mühitin övladlarının şəxsiyyət kimi böyüməsində əsas şərt olduğu vurğulandı. Valideynlərlə aparılan psixoloji söhbət və müzakirələr zamanı bir daha diqqətə çatdırıldı ki, uşağın tərbiyəsində əsas rolu sağlam ailə mühiti oynayır. Ən qabaqcıl, nümunəvi şagirdlər də məhz həmin ailələrdə böyüyür.  Valideynlərə ailədə sağlam psixoloji mühitin qorunub saxlanması yolları ilə bağlı məsləhətlər də verildi.

     Görüşün sonunda kiçik ürəklərində böyük sevgi yaşayan balacaların valideynlərinə ünvanladığı məktublar təqdim edildi.

     Balacaların istəkəri, sevgiləri bəlkə də uşaq hüquqlarına söykənərək yazdıqları iradlar, tələblər ailə günündə valideynlərinə ən böyük hədiyyə oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi