İlk dərslərdə Ulu öndərin xatirəsi anıldı

        Bu gün ilk dərslər XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin doğum gününə həsr olundu. Sinif otaqlarında  və məktəbin foyesində Ulu Öndərin şərəfli həyat və fəaliyyətini əks etdirən fotolar, şagirdlərin əl işlərindən ibarət stendlər hazırlanmışdı.

      İlk dərslərdə Ulu öndərin dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafının təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində misilsiz xidmətlərindən danışıldı, həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

     Şagirdlər Ulu öndərə sonsuz ehtiram və məhəbbətlərini bir-birindən maraqlı şeirlərdə və səhnəciklərdə təqdim etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi