IX sinfin valideynləri ilə görüş

         Mayın 8-ə IX sinif valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Məktəbin direktoru Almaz Bayramova IX sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarının I mərhələsindəki nəticələrin təhlilini edərək valideynlərə övladlarının gələcək təhsili ilə bağlı tövsiyələrini verdi. Valideynlərə təmayülləşmə ilə bağlı məlumat verilərək arzu və istəklərini bildirmələrinin zəruriliyi qeyd olundu.  

       Təlim – tərbiyə işləri üzrə direktor müavini N. Qasımova cari dərs ilinin əvvəlindən indiyədək IX sinif şagirdlərinin təlim keyfiyyətinin yoxlanması, yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışdı. Mütəmadi olaraq aparılmış sınaq qiymətləndirmələrin, monitorinqlərin nəticələrinin müqayisəli təhlilini edərək nəticələrlə valideynləri tanış etdi.

       Təşkilat işlər üzrə müavin F. Əliyeva ümumi təhsil kursu üzrə  təhsilini başa vurmuş və təhsillərini peşəyönümü istiqamətində davam etdirmək istəyən şagirdlərin valideynlərinə  peşələr haqqında ətraflı məlumat verdiixtisas seçimində övladlarının maraq və meyillərinin nəzərə alınmasının zəruriliyini vurğuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi