Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir!

        Məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara istiqamət verilməsi, şagirdlərin yaradıcı əməyə hazırlanması və düzgün ixtisas seçiminə yönəldilməsi   məqsədi ilə IX sinif şagirdləri ilə təlim keçirildi. Təşkilati işlər üzrə müavin F. Əliyeva və məktəb psixoloqu S. İsmayılova tərəfindən keçirilən təlim 2 hissədə aparıldı:

1.Şagirdlərin peşələr aləmi ilə tanışlığı

2.Şagirdlərin maraq və imkanlarının diaqnostikası

      İlk öncə şagirdlərə peşələr haqqında məlumat verildi.

Peşə seçimində 3 şərti- istəyirəm (maraq dairəm, nəyə daha çox üstünlük verir ?), bacarıram (mənim fiziki-psixoloji imkanlarım, sağlamlıq vəziyyətin necədir və mənə bu peşədə çalışmağa imkan verirmi?), lazımdır (yaşadığım ərazidə hansı peşələrə və ixtisaslara daha çox ehtiyac vardır?) nəzər almalarının vacibliyi vurğulandı.

    Təlimdə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi məsələlərinə də aydınlıq gətirildi. Eyni zamanda, iş və karyera anlayışları, düzgün peşə seçimi prosesinin mərhələləri müxtəlif nümunələr əsasında müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi