“Şahmat” üzrə rayon birinciliyi keçirildi

"5 mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə 276 № li tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahmat” üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 26 məktəb komandası iştirak etmişdir. Yarışda məktəbimizin komandası (Salamov Mətin,Məmmədov Elnur, Əliyev Vüsal, Sadıqov Nicat,Səlimzadə Əsmər və Ağammədova Aysel) I yeri tutmuşdur. Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medal ilə mükafatlandırılmışlar. Məktəbin pedaqoji ,şagird və valideyn kollektivi komandanın hər bir üzvünə təbrik edir və yeni-yeni uğurlar arzulayır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi