9 May - Qələbə Günü

   9 May faşizm üzərində Qələbə Günü GÇQH dərslərində qeyd olundu. Vətən uğrunda canlarını qurban vermiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. Sonra Hərbi müəllim R.Şamidov Alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolundan, həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan danışdı.  Söylədi ki, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

    Hərbi müəllim qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynadığını da xüsusi vurğuladı.

    Sonra II Dünya Müharibəsində azərbaycanlıların qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olundu. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi