KA-nın növbəti araşdırmaları

          Aprelin 30-də Kiçik Akademiya üzvləri növbəti araşdırmalarını təqdim etdilər. VI, VII, VIII sinif şagirdləri maraqlı mövzularla çıxış etdilər. 7a sinf şagirdləri Əliyeva Minarə və Bayramlı Nuray “Ulduzlar”, Mamquliyeva Aysu “Su”, 8 l sinif şagirdləri Ağammədova Aysel, Qalayeva Öznur, Heydərli Səma ”İnsanın əmələ gəlməsi” mövzusunda apardıqları növbəti araşdırmalarının təqdimatını etdilər. Təqdimatlar ətrafında maraqlı müzakirələr aparıldı və verilən suallar təqdimatçılar tərəfindən ətraflı cavablandırıldı.

       6 d sinif şagirdləri Hüseynli Vahid, Babayeva Aysun, Sadıqzadə Nuray, Əhmədov Fuad isə qütbləri praktikada nümayiş etdirdilər.

       Bu təqdimatda “”Estetika” kafedrasının şagirdləri də maraqlı təqdimat etdilər. 6a sinif şagirdi Yusifli Aytacın ifa etdiyi “Nəlbəki” rəqsi , 7a sinif şagirdi Mamquliyeva Aysunun “Azərbaycan” mahnısı tədbirə xüsusi rəng qatdı. 6 a sinif şagirdləri Yusifli Aytac, Həsənova Ülkər və Mehralıyeva Zəhranın hazırladıqları “kənddəki  evimiz” maketi maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi