Kitabı uşaqlarımıza sevdirək!

         Şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ümumitəhsilin əsas prioritet istiqamətidir. Mütaliə insanda bilik, dünyagörüşü, insani xüsusiyyətlərlə yanaşı, səbir də formalaşdırır. Uşaq yaşlarından rəngli, gözəl kitab və jurnallara alışan uşaqlar böyüdükdə də kitabxanaların, kitab mağazalarının qarşısından laqeyid keçə bilmirlər. Bu məqsədlə 3-cü sinif şagirdləri “Mütaliə aylığında”  Bakı Kitab evində oldular. Bir-birindən nəfis tərtibatlı kitab rəflərinin önündə uşaqlar əvvəlcə kitabın şəkillərinə baxdılar. Sonra maraqlarını cəlb edən kitabları götürüb konfortlu oxu zalında oxudular, müzakirə etdilər, xoş təsuratlarla kitab evindən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi