Yeniyetmələrlə əlverişli ünsiyyətin sirləri

         Aprelin 29-da V və VI sinfin valideynləri ilə  “Yeniyetmələrlə əlverişli ünsiyyətin sirləri” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva, məktəbin psixoloqu S.İsmayılova "Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri”, ”Yeniyetməlik dövrünün paradoksları və onların aradan qaldırılması yolları", “Yeniyetmələrlə əlverişli ünsiyyətin sirləri və valieyn-övlad münasibətləri"  haqqında ətraflı danışdılar.

       Seminarda iştirak edən məktəbin direktoru A. Bayramova məktəbdə mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsil alanlarda müsbət sağlam davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlərdən danışdı. Valideynləri narahat edən suallar müzakirə olundu.

      Bu mövzuda seminarlarımız davam edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi