Müəllimlərimiz təlimdə

1-5 mart 2016-ci il tarixdə Amerika səfirliyinin təşkilatçılığı ilə Bakı- Amerikan mərkəzində keçirilən “İngili dili həftəsi”nə məktəbimizin ingilis dili müəllimləri -Ağalarova Simuzər və Hüseynova Sükufə qatıldılar. Peşəkar ingilis dili müəllimləri və mütəxəssislər tərəfindən keçirilən təlimlərdə orta məktəb müəllimlərinin qarşılaşdıqları problemlərlə bağlı suallar cavablandırıldı, ingilis dilini əyləncəli şəkildə tədris etmək üçün müəyyən tövsiyyələr verildi. Forumun işindən razı qaldıqlarını bildirən iştirakçılar təlimdə əldə etdikləri yeni biliklərin tədrisin keyfiyyətində mühüm rolu olacağını vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi