"Nəsimi dünyası"

          Məktəbimizdə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar dahi şairin həyatı və yaradıcılığına, poetik düşüncələrinə, elmi-fəlsəfi görüşlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Məktəb kitabxanaçılarının təşkilatçılığı ilə 4-cü siniflərdə keçirilən tədbirdə şagirdlərə Nəsimi yaradıcılığı ilə bağlı məlumat verildi. Bildirildi ki, dahi sənətkar insana, insan ləyaqətinə, onun qüdrətinə  yüksək inam tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi  kimi vəsf edib, zəngin irs ilə bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Sonra 4-cü sinif şagirdləri Nəsiminin qəzəllərindən parçalar söylədilər, kompozisiyalar təqdim etdilər.

       Azərbaycan dili müəllimləri və kitabxanaçıların iştirak etdiyi “dəyirmi masa”da Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında məlumat verildi. Şairin yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malik olduğu söylənildi. Vurğulandı ki, böyük mütəfəkkir  650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərləri  ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırıb.

  Daha sonra  məktəb kitabxanasında  7-ci və 8-ci sinif şagirdləri mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi ilə bağlı təqdimatlarla çıxış etdilər, şairin qəzəllərindən nümunələr söylədilər. “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam” qəzəlinin müzakirəsində aktivlik nümayiş etdirən şagirdlər hazırladıqları videoçarxı da  nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi