Bəs biz suyu təmiz saxlamaq üçün nə etməliyik?

    Kimya fənn aylığında 8ç sinif şagirdləri araşdırmaları əsasında  “Suyun çirklənməsi və təmizlənməsi üsullarını” təqdim etdilər.

    8 ç sinif şagirdi Abbasəliyev Məhəmmədəli su mənbələrinin çirklənməsi, çirklənməyə məruz qalan çaylar və suyun təmizlənmə üsulları haqqında danışdı. Tullantı sularını təmizləmək üçün tətbiq edilən mexaniki, fiziki-kimyəvi və bioloji üsullar ardıcıl olaraq təqdim olundu. Hazırda suyu zərərsizləşdirmək üçün atomar oksigendən istifadə etməyin daha müasir və daha sərfəli üsul hesab olunduğu, bu üsulda oksigen molekullarının xüsusi qurğuda atomlara çevrilməsi, əmələ gəlmiş oksigen atomlarının sudakı bakteriyaları, yosunları, kif göbələklərini və virusları məhv etməsi,  bununlada açıq su hövzələrinin çirklənmədən qorunması ətraflı izah edildi.

     Sonra isə  sinfə ümumi bir sual ünvanlandı:“Bəs biz suyu təmiz saxlamaq üçün nə etməliyik?” Sual ətrafında şagirdlərin maraqlı diskussiyası oldu.

     Təqdimatdan və diskussiyadan ümumi bu nəticəyə gəlindi - ölkəmizin təbii resurslarının davamlı qorunması həm bugünkü, həm də gələcək nəsil üçün xüsusi əhəmiyyət kəsb edir və hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi