Oxu dünyamıza xoş gəlmisiniz!

      "23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunan “Oxu dünyamıza xoş gəlmisiniz!” kompozisiyası iştirakçılar tərəfindən maraqla qarşılandı. Şagirdlərimiz kompozisiyaya “Gəlin birgə oxuyaq!” fləşmobu ilə başladılar. Nağıllardan personajları məharətlə canlandıran şagirdlərimiz ilk öncə iştirakçıları salamladılar və onları oxu dünyalarına səyahətə dəvət etdilər. Bayramsayağı bəzənmiş sinif otağına daxil olan hər kəs bir anlıq sirli aləmə düşdüyünü düşünürdü. Şagirdlər nəfis tərtibatlı dekorasiyaların önündə mütaliə etdikləri nağılları səhnələşdirdilər,  kompozisiyalar təqdim etdilər, mahnılar, maraqlı rəqslər ifa etdilər. Bir–birindən maraqlı kompozisiyalar, hər bir personajın canlı çıxışı qonaqları valeh etdi.
     “Oxu dünyası”na şagirdlərlə birgə uşaq yazarı Mehriban Nağıyeva və ”Sağlam təhsil-Sağlam millət” layihəsinin kuratoru Təranə İsmayılova da səyahət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi