Şagirdlərimiz “Oxu Günü” tədbirində iştirak etdilər

   Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə keçirilən “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü” tədbirində məktəbimizin şagirdləri N.Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” hekayəsini çox məharətlə təqdim etdilər. Təmsil etdikləri ölkələrin geyimində çıxış edən şagirdlərimiz həm simalarındakı bənzərliklərlə, həm də həvəslə etdikləri jestlərlə tədbir iştirakçılarının marağına səbəb oldular. Nəfis tərtibatla hazırlanmış dekorasiya önündə çıxış edən şagirdlərimizlə həm  yerli, həm  də əcnəbi vətəndaşlar bu anı əbədiləşdirərək xatirə şəkli çəkdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi