Şagirdlərimiz idman bacarıqlarını nümayiş etdirdilər

        Azərbaycanın möhtəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyir. Bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlayaraq “Formula-1” yarışlarına ev sahibliyi edəcəkdir. Bu sevinci idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz hazırladıqları tədbirdə nümayiş etdirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra bir çox yarışların qalibi kimi tanıdığımız şagirdlər musiqi sədalarının müşayəti ilə bacarıqlarını nümayiş etdirdilər. Gimnastika, taekvando, akrobatika, güləş, bir-birindən maraqlı estafetlər, basketbol, volleybol, futbol, şahmat oyunları maraqla qarşılandı. Oyunlararası fasilədə şagirdlərimizin ifa etdikləri rəqslər, musiqi alətində ifalar iştirakçılarda xoş təəssürat yaratdı, idmançılarda fiziki yorğunluğu aradan qaldırdı.

     Biz də kollektiv olaraq idmançı şagirdlərimizə beynəlxalq yarışlarda iştirak etmək və Azərbaycan himninin sədaları altında bayrağımızı  dalğalandırmağı arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi