Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq salnaməsi

      Şagirdlər  vətənə məhəbbət hissilərini bu dəfə Qarabağın tarixi, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələri, ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar, deportasiya və soyqırımlar haqqında topladıqları məlumatlarla catdırdılar. Yuxarı sinif şagirdləri “Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi” mövzusunda hazırladıqları təqdimatda Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti haqqında danışdılar  və öz gözəlliyi ilə hamını valeh edən Qarabağ  xalçalarının dünyanın ən zəngin muzeylərində mühafizə olunduğunu xüsusi vurğuladılar. Qarabağın fauna və florasına toxunan şagirdlər məşhur Qarabağ atlarında danışdılar, ”Xarı bülbül” rəvayətini söylədilər.

        Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında əldə etdikləri bilikləri təqdim edən şagirdlərimiz vətənpərvər ruhda böyüdüklərini, xalqımıza xas olan mənəvi və əxlaqi keyfiyyətlərin gələcək nəsillərə ötürülməsində davamçılar olduqlarını nümayiş etdirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi