Maarifləndirici təlim

         Uşaqların cinsi aspektdə yaş psixologiyaları və fiziologiyalarına uyğun maarifləndirilməsi, bu sahədə məlumatsızlığın yaratdığı problemlərin aradan qaldırılması məqsədi ilə təlim keçirildi. Təlimlərdə Azərbaycan və rus bölmələrinin 6-8-ci sinif şagirdləri iştirak etdilər. Təlimlər hər yaş qrupuna uyğun olaraq oğlanlar və qızlar üçün ayrılıqda keçirildi. Təlimlər Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva, məktəb psixoloqu S.İsmayılova, UBR K.Muradova, məktəbin tibb bacısı F.Hüseynova tərəfindən aparıldı. F.Əliyeva “Cinsi tərbiyə”, S.İsmayılova “Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri”, F. Hüseynova “Yeniyetməlik dövründə orqanizmdə gedən bioloji proseslər”, K.Muradova “Sosial şəbəkələrin fəsadları” mövzusunda çıxış etdilər. İnteraktiv təlimdə hər mövzu ətrafında şagirdlərin fikirləri öyrənildi, diskussiyalar aparıldı. Təlimdə cinsi tərbiyədə şəxsi və əxlaqi dəyərlərimizin düzgün formalaşması, şagirdlərə düzgün və sağlam zəmində cinsi tərbiyə mədəniyyətinin aşılanması, şagirdlərin pis vərdişlərdən uzaqlaşması, asudə vaxtlarını səmərəli keçirməsi kimi məsələlər müzakirə olundu. Eyni zamanda sağlam münasibətlər zəminində akademik nailiyyətlərin, təhsilin keyfiyyətinin yüksəlməsi haqqında şagirdlərə məlumat verildi.

     Şagirdlərə narahat olduqları problemlərlə bağlı valideyn, müəllim, məktəb rəhbərliyi, psixoloq və ya güvəndikləri böyüyüklərə müraciət etmələri tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi