“Narkomaniya və zərərli vərdişlərə yox deyək!”

29 fevral 2016-cı il tarixdə məktəbimizdə “Narkomaniya və zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirin qonaqları Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Namiq İsmayılov,Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru Fizzə Məmmədova və digər əməkdaşlar oldular. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru A.F.Bayramova qonaqları salamlayaraq hal – hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verildiyini vurğuladı, zərərli vərdişlərlə bağlı məktəbin fəaliiyət planına uyğun olaraq müntəzəm görülən işlər haqqında ətraflı məlumat verdi. Sonra Binəqədi Rayon Polis İdarəsinin rəisi,polis polkovniki Namiq İsmayılov şagirdlər qarşısında çıxış edərək qeyd etdi ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətləri itirirlər, bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı, həmçinin neqativ hallara, zərərli vərdişlərə və pis əməllərə qarşı mübarizə istiqamətində profilaktiki söhbətlər etdi.Görüşdə mövzu ətrafında video-çarx nümayiş etdirildi, şagirdlərin sualları dolğun və ətraflı cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi