12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

         12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı şagirdlərimiz hazırladıqları divar qəzetlərini, rəsm işlərini məktəbin foyesində sərgilədilər. Divar qəzetlərində Sovet kosmonavtikasının inkişafında azərbaycanlı alimlərinin rolu araşdırılaraq təqdim olunmuşdu. Azərbaycanlı alim Kərim Kərimovun "R-2" raketlərinin istehsalındakı rolu, 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peykinin kosmik fəzaya çıxarılması və bununla da planetimizdə kosmos dövrü başlanması ətraflı qeyd olunmuşdu. Həmçinin Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı üçün 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam, Azərbaycanın ilk milli süni telekommunikasiya peyki "Azerspace-1" 2012-ci il fevralın 8-də orbitə çıxarılması və bir çox maraqlı məlumatlar divar qəzetlərində öz əksini tapmışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi