Ruhumuzun sağlamlığı!

       Sağlamlıq dedikdə yalnız orqanlarımızın yox, bu sözün anlamında ruhumuzun sağlamlığı da düşünülməlidir. 7 Aprel - Ümumdünya Sağlamlıq günü ilə bağlı məktəbin psixoloqu S.İsmayılova tərəfindən “Ruhumuzun sağlamlığı!” devizi altında ST siniflərində başlanan marafon xos təəssuratlarla yekunlaşdı.

       Həftə ərzində sinif müəllimləri ilə birgə ST siniflərində bir-birindən maraqlı oyunlar keçirildi. Oyunlarda qaydalara riayət edən şagirdlər yoldaşlarının istəklərini və maraqlarını nəzərə alaraq fəallıq nümayiş etdirdilər. Utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını göstərdilər, yoldaşları haqqında öz fikirlərini söyləyərək fərdi xüsusiyyətlərini təhlil etdilər.

     Nümayiş olunan cizgi filmində isə sağlamlıqları üçün etdiklərini və etməli olduqlarını müzakirə etdilər.

     İnsanın emosional halından asılı olmayaraq ruhumuzun qidasi olan musiqilər ifa etdilər, bir-birindən maraqlı rəqslər oynadılar. Butün bunlar mənfi enerjini azaldaraq müsbət enerjini artırdı.

    Bu gün isə 2-ci sinif ST şagirdləri səhər idmanı ilə dərsə gələn məktəbliləri qarşıladılar. İnternet əsri olan dövrümüzdə ruhumuzun gigiyenasında ən önəmli yer tutan kompyuter oyunlarına yox deyərək bir-biri ilə əməkdaşlığa üstünlük verdilər – volleybol, futbol və qədim uşaq oyunları oynadılar.

    Gələcəyimiz olan uşaqların sağlam böyüməsi, sağlam düşünməsi və ruhunun sağlamlığı üçün başlanan marafon hər kəsdə xoş əhval yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi