Şagirdlərimiz Qafqaz Universitetinin qonağı oldular.

25.02.2016-cı il tarixdə məktəbimizin 11-ci sinif şagirdləri və müəllim heyəti Qafqaz Universitetinin qonağı oldular. Akademik göstəricilərinə görə Azərbaycan təhsil sistemində ön sıralarda yer tutan bu təhsil ocağı ilə tanışlğın əsas məqsədi gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi idi. Görüşü giriş sözü ilə Qafqaz Universitetinin rektoru Əhməd Saniç açaraq, şagirdləri salamladı,universitetin göstəriciləri,qazandıqları uğurlar haqqında məlumat verdi. Universitet haqqında “Tanıtım” video çarxı nümayiş olundu . Daha sonra şagirdlər bələdçi müəllimlərin iştirakı ilə kompüter laboratoriyaları, kitabxana və tədris otaqları , tələbələrinin hazırladıqları mükəmməl maşın konstruktorları ilə yaxından tanış oldular, geniş məlumatlar əldə etdilər. Şagirdlərin Qafqaz universiteti ilə yaxından tanışlığı, professor-müəllim heyəti ilə görüşü, onları maraqlandıran suallara aldıqları cavablar, bu görüş zamanı yaranan yeni fikirlər artıq birgə əməkdaşlığın gələcəkdə əldə ediləcək uğurların carçısı olduğunu bir daha sübut etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi