Kiçik ürəklərində böyük Vətən sevgisini daşıyan şagirdərimiz

    Aprelin 4-də tarix müəllimi Ü. Hüseynova və Hərbi rəhbər R.Şamidovun təşkilatçılığı ilə “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.

   İlk öncə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən Aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx nümayiş olundu.

   Vç sinif şagirdləri Əliyeva Mələk Aprel döyüşlərində iştirak edən qardaşının, Aslanova Gülyaz dayısının və digər şagirdlər başqa şəhidlərimizin və qazilərimizin qəhrəmalıqları haqqında qürurla danşdılar. VIIc sinif şagirdləri Nəsirli Böyükağanın həmyerlisi Əsgərli Nurlan, Məmmədov Nurlanın isə əməsi nəvəsi Namazov Elvin haqqında hazırladığı slayd hər kəsi qəhərə boğdu.

    Vç sinif şagirdi Kərimova Şölə Aprel döyüşlərində ordu komandiri kimi iştirak edən atasının xatirələrini şagirdlərlə bölüşdu, ailəsi ilə birgə işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olduğunu söylədi və oradan gətirdiyi torpağı şagirdlərə təqdim etdi. Şagirdlər böyük sevgi ilə torpağımızı öpdülər və işgal atında qalmış torpaqlarımızın azad olunması üçün üzərlərinə düşən vəzifəni qürurla dilə gətirdilər.

   VII c sinif şagirdi Musayeva Nəzrin “Cənab Leytenant”mahnısını öz müşayəti ilə ifa etdi. Tədbir VII c sinif şagirdlərinin “Mən şəhid oldum, ana”mahnısının ifasında hərbi xidmətə yola salınan əsgərin vidalaşma səhnəsi ilə sona çatdı.

   Tədbirin bədii hissəsində məktəbimizin ingilis dili müəllimi, Aprel döyüşlərində şəhid olmuş Mahir Quliyevin bibisi Z.Məmmədova qardaşı oğlunun qısa, lakin şərəfli ömür yolundan danışdı. Mahirin torpaqlarımız uğrunda göstərdiyi qəhrəmanlığın gənclərə hər zaman nümunə olacağını qeyd etdi.

    Tədbirdə iştirak edən Hərbi Rəhbər R.Şamidov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından, quruculuğundan və ordumuzun böyük gücündən danışdı, söylədi ki, Aprel döyüşləri böyük qələbəmizə gedən şanlı yolun başlanğıcıdır.

   Sonda məktəbin direktoru A.Bayramova söylədi ki, Azərbaycan Ordusunun gücü sayəsində vətənpərvər övladlarımız tezliklə torpaqlarımızı düşmən işğalından azad edəcəklər, üçrəngli bayrağımızı Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi