Aprel döyüşləri ehtiramla anıldı

    Aprel döyüşlərində ordumuzun rəşadəti sinif təşkilat saatlarında ehtiramla anıldı. Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərə geniş məlumat verildi.           Qeyd edildi ki, Aprel döyüşlərində dövlətimizin və ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi və vətənpərvərliyi bir daha nümayiş olundu. Şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söylədilər, ədəbi-bədii kompozisiyalar nümayis etdirdilər.

     Bir qrup şagirdlərimiz isə Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhid məzarlarına tər qərənfillər düzdülər, paytaxtımızın ən yüksək yerində ucaldılmış “Əbədi məşəl” abidəsi önündə vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi