Unutmayaq ki, unudulmayaq!

     Böyüməkdə olan uşaq, yeniyətmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Ümumi təhsilin əsas piroriter istiqamətidir. Vətənpərvər insan ilk növbədə tarixini dərindən bilməlidir, milli-mənəvi dəyərlərini qoruyub saxlamalıdır. Bu məqsədlə tarix fənn aylığında “Unutmayaq ki, unudulmayaq!” devizi ilə bir sıra tədbirlər keçirildi.Tariximizin şanlı qəhrəmanlıq səhifələrini, faciə və soyqırımlarını şagirdlərə dərindən çatdırmaq məqsədi ilə tarix müəllimlərinin yaş qrupları üzrə hazırladıqları “Tarixi yaddaşımız” kitabçası şagirdlərə təqdim olundu. Bütün siniflərdə vətənpərvərlik mövzusunda monitorinq keçirildi.

      Yuxarı siniflərdə keçirilən “dəyirmi masa” larda Azərbaycan xalqına qarşı uzun illər ərzində soyqırım, deportasiya siyasəti yeridən erməni millətçilərinin iç üzü, məkrli və avantürist siyasətlərinin mahiyyəti araşdırıldı. Tarix müəllimləri söylədilər ki, ermənilər Osmanlı ərazisindən köçürüldükdən sonra çirkin əməllərini Azərbaycanda törətməyə başladılar. 1905-ci ildən başlamış 1918-1920-ci, 1948-1953-cü illərdə, nəhayət, 1988-ci ildən sonra Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törətdilər və bu günə qədər də məkrli siyasətlərini davam etdirirlər.

     Tarix müəllimləri çıxışlarında vurğuladılar ki, vaxtilə tariximizi bizə zorla unutdurmuşlar. Müstəqilliyimizin bərpa edilməsi tariximizin qaranlıq səhifələrinə də işıq tutmağımıza imkan yaratdı. Əsl tariximizi yalnız müstəqillik illərində öyrənməyə başladıq. İmperiya siyasəti Azərbaycan xalqına öz tarixini olduğu kimi gələcək nəsillərə çatdırmağa imkan vermədiyi üçün zaman-zaman faciələrə, soyqırımlara məruz qalmışıq.

   Şagirdlərə tövsiyə olundu ki, vətənpərvər olmaq, dövlətimizi sevmək üçün ilk növbədə tariximizi dərindən bilməliyik. Söyləndi ki, tarixinmizi bilməsək, düşmənimizin kim olduğunu bilməyəcəyik! Tariximizi dərindən öyrənməsək, düşmənə qarşı qisas hissindən məhrum olacağıq. Bilməməyə görə dostu və düşməni ayırd edib gələcək inkişaf və özünümüdafiə xəttimizi seçə bilməyəcəyik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi