Tarix dərsləri dinlənildi

       Məktəbin fəaliyyət planına əsasən mart ayında tarix və coğrafiya fənninin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.

      Aylıq ərzində demək olar ki, bütün fənn müəllimlərinin dərsləri dinlənildi. Dərslərdə qurulmuş maraqlı motivasiyalar şagirdləri tədqiqatçlığa cəlb etdi. Cütlərlə, qruplarla iş formasından, beyin həmləsi, müzakirə, klaster və s. kimi iş üsullarından istifadə olunduğu dərslərdə şagirdlər təhliletmə, ümumiləşdirmə, idraki fəallıq kimi bacarıqlar aşılandı. Dinlənilən dərslər məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təhlil edilərək müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi