Elimizə bahar gəlir!

    Martın 19-da Yasamal rayon MKS-nin Q.Musabəyov adına 3 №li kitabxana filialının əməkdaşları 2a sinif şagirdlərinin iştirakı ilə “Elimizə bahar gəlir” adlı bayram şənliyi keçirdi. Sinif otağında Novruz bayramının atributlarını özündə əks etdirən dekorsiyalar qurulmuşdu. Sinif müəllimi Pərvanə Absalamova Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verdi. Bildirdi ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramı və milli-mənəvi dəyərlərə dərin bağlılığıdır. Sonra milli geyimli şagirdlər bayramın bütün adət -ənənələrini səhnələşdirdikləri səhnəciklərdə, söylədikləri şeirlərdə, deyimlərdə,rəqs nömrələrində nümayiş etdirdilər. Bayram şənliyi birlik rəmzi olan yallı rəqsi ilə başa çatdı

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi