Novruz adətlərimiz

      Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması məqsədi ilə məktəbimizdə bir-birindən maraqlı tədbirlər keçirildi. "Novruz adətlərimiz" adlı ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edildi, divar qəzetləri, stendlər və guşələr hazırlandı. Ədəbi-bədii kompozisiyalarda şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa etdilər, şeirlər səsləndirdilər, maraqlı səhnəciklər nümayiş etdirdilər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi