Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu

      Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu haqqında  yuxarı sinif şagirdlərinin iştirakı ilə diskussiya keçirildi. Tarix müəllimlərinin təşkilatçılığı ilə keçirilən diskussiyada Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun müstəsna rolundan, M.Əliyevanın təşəbbüsü ilə  keçirilən irimiqyaslı layihələrdən danışıldı. Milli-mənəvi dəyərlərə bağlanan layihələrlə mədəniyyətimizin dünya miqyasında tanındığı vurğulandı.           

      Çıxışlarda qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri ön plana çəkildi. Məhz Mehriban xanım Əliyevanın öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq tarixdə yeni bir mərhələ açdığı söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi