KA-nın üzvləri ilə görüş

       İstedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdlərimiz bir məqsəd ətrafında - KA-da birləşərək vaxtaşırı olaraq bir-birindən maraqlı araşdırmalarını təqdim edirlər. Martın 6-da isə KA-nın üzvlərinin məktəb rəhbərliyi və fənn müəllimləri ilə görüşü keçirildi. Görüşdə məktəbin direktoru A.F.Bayramova  “Kiçik Akademiya”nın yaradılmasında əsas məqsədin şagirdlərdə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanması, məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması olduğunu qeyd edərək  şagirdlərin müasir, daima inkişafda olan ölkəmizin tələblərinə uyğun şəkildə yetişdirilməsinə gətirib çıxardığını söylədi və şagirdlərə bu yolda uğurlar arzuladı.

     Sonra şagirdlər KA-nın fəaliyyətinin genişləndirilməsi istiqamətində məruzələr etdilər. Məruzələr müzakirə olundu, rəylər və təkliflər əsasında yeni ideyalar yarandı və bu da gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər layihələrin əsası oldu. Görüşdə həmçinin “Kiçik Akademiya”nın əsasnaməsi və loqosu da təsdiqləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi