V sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında

       Şagirdlərin asudə vaxtının səmərəli təşkili və mütaliəyə marağının artırılması məqsədilə V sinif şagirdləri sinif rəhbərləri və məktəb kitabxanaçılarının təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında  oldular. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Şagirdlər kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdı. Uşaqlar kitabxanadan xoş təəsüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi