Məktəb liseydə Mülki Müdafiə Günü

    1 Mart  Ümumdünya  Mülki Müdafiə Günü  münasibəti ilə məktəb liseydə  bir sıra  maarifləndirici tədbirlər həyata keçirildi. Tədbirlərdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional  Mərkəzinin Mülki Müdafiə İdarəsinin əməkdaşı Mirramin Yunusov da iştirak etdi. 

     İlk öncə məktəb liseyin foyesində mülki müdafiə gününə həsr olunan  sərgiyə baxış keçirildi. Sonra Hərbi müəllim R.Şamidov "Beynəlxalq Mülki Müdafiə Təşkilatı və 1 mart -Mülki Müdafiə Günü" nün yaranma tarixi və məqsədi haqqında, mülki müdafiə, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası  haqqında ətraflı məlumatlar verdi. Şagirdlər hazırladıqları şərti xilasetmə səhnələrini nümayiş etdirdilər. Tibb manqasının yaralıya yardım göstərməsi, yanğın zamanı yanğının söndürülməsi, dərs gedişində baş verən zəlzələ zamanı təhlükəli zonadan təxliyyə olunması, əleyhqaz və s. vasitələrdən istifadə qaydaları təqdim olundu.

      2,5,6-cı  siniflərdə isə  Mülki Müdafiə üzrə açıq dərslər keçirildi.

      Yekun olaraq  GCQH otağında mövzu ilə bağlı maarifləndirici sənədli film nümayiş olundu.

 

     

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi