“Dilimiz varlığımızdır!” mövzusunda viktorina

      Fevralın 28-də Azərbaycan dili və ədəbiyyat aylığının sonu olaraq “Dilimiz varlığımızdır!” mövzusunda viktorina keçirildi. IX sinif şagirdlərinin iştirakı ilə keçirilən intellekt mübarizəsində 4 komanda yarışdı. Aparıcılar Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər saldılar, dilimizin tarixi mərhələləri, ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi haqqında məlumatlar verdilər. Viktorina 3 mərhələdə keçirildi. Sual­lararası fasilələrdə ana dili haqqında mahnılar, şeirlər ifa olundu. Cənab prezidentimizin dilimiz haqqında söylədiyi müdrik fikirlər səsləndirildi.

     Gərgin və maraqlı keçən yarışda I, II, III və həvəsləndirici yerlərin qalibləri məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla mükafatlandırıldı. 

     Viktorinananın keçirilməsi şagirdlərdə imtahan qabağı bir motivasiya oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi