Əsərlərin müzakirəsi

        Şəxsiyyətin formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, cəmiyyət hadisələrinə həssas, çevik və obyektiv münasibət bəslənməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.  Şagirdlərdə mütaliəyə marağı artırmaq məqsədi ilə mütəmadi olaraq  oxunan əsərlərin müzakirəsi keçirilir. Növbəti əsər müzakirəsi  7c sinfində S.S.Axundovun “Nurəddin” hekayəsi, 9 d sinfində İsa Hüseynovun ”Zəhər” hekayəsi, humanitar təmayüllü 10a  sinifdə Koroğlu dastanından “Həmzənin Qıratı qaçırması” boyu müzakirə olundu. Müzakirələrdə şagirdlər oxuduqları əsərlərdən qısa danışaraq çıxardıqları nəticəni birgə müzakirə etdilər. Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr təhlil olundu. Şagirdlər əsərlərdə cəmiyyətin bir sıra mənəvi-əxlaqı xarakterlərin-düzlük, doğruluq, səmimilik kimi xüsusiyyətlərin əks olunmasından danışdılar.  Obrazların simasında mənfı və müsbət keyfiyyətlər dilə gətirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi