Unutmadıq! Unutdurmarıq!

      Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və onlara Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi ilə məktəbimizdə bir sıra tədbirlər keçirildi. Yuxarı siniflərdə Azərbaycan dili dərslərində “Xocalının kədəri və ümidi!” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Məktəbin foyesində "Xocalısız 27 il!" adlı sərgi nümayiş olundu. Sinif otaqlarında divar qəzetləri, foto-stendlər, guşələr, məktəbin kitabxanasında isə “Xocalı faciəsi ədəbi irsimizdə!” mövzusunda kitab sərgisi hazırlandı. İnformatika dərslərində isə şagirdlərimiz sosial şəbəkələrdə “Xocalıya ədalət! ” kompaniyası çərçivəsində yaradılmış səhifələrdə faciənin dəhşətini əks etdirən fotoları, məlumatları paylaşdılar.

       Bu gün məktəbin foyesində isə anım tədbiri keçirildi. İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər XX əsrin sonlarında erməni yağılarının törətdikləri misligörünməmiş vəhşilikləri ilə bağlı topladıqları məlumatları təqdim etdilər, faciəni səhnəciklərdə canlandırdılar, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirdilər. Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət!”,”Terrora yox deyirik!”söyləyən şagirdlərimiz faciəyə dünya ictimayətinin hüquqi qiymət verilməsinə çağırış etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi