Xocalıya gedən yol

     Şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi ilə tarix müəllimlər “Xocalıya gedən yol” mövzusunda "dəyirmi masa" təşkil etdilər.  Əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tarix müəllimləri Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri haqqında danışdılar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasını və soyqırımı törədənləri söylədilər. Şagirdlər Xocalı faciəsi ilə bağlı hazırladıqları təqdimatları çatdırdılar, fikirlərini bildirdilər, mövzu ətrafında müzakirələr apardılar. “Dəyirmi masa”da Xocalı faciəsini əks etdirən videoçarxlar nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi